"Azərbaycanın "Milli Koordinator" postunun yaradılması ilə bağlı təcrübəsi təqdirəlayiqdir".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"da çıxışı zamanı deyib.
O bildirib ki, bu modelin digər ölkələrdə də tətbiq olunması və qlobal şəbəkənin formalaşdırılması iqlim fəaliyyətinin effektivliyini artıra bilər:
"Bugünkü müzakirə iqlim fəaliyyətinin şəhər ölçüsündə irəliləyişlərin nə qədər mühüm olduğunu bir daha nümayiş etdirdi. Şəhərlər iqlim dəyişikliyinin təsirlərinə qarşı həssas ərazilər olmaqla yanaşı, həm də iqlim həllərinin, innovasiyaların və dayanıqlı artımın əsas hərəkətverici qüvvəsidir.
COP31-ə doğru irəlilədikcə qarşıda duran əsas çağırış milli iqlim öhdəliklərini real icra mexanizmlərinə çevirməkdir. Milli səviyyədə götürülmüş iqlim öhdəlikləri şəhərşünaslıq strategiyalarında, məkan planlaşdırılmasında, infrastruktura yatırılan investisiyalarda və yerli qərarqəbuletmə proseslərində öz əksini tapmalıdır".