Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dollar, rubl, türk lirəsi ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 15-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 14-ü ilə müqayisədə 0,09% ucuzlaşaraq 1,6375 manat olub.
Digər valyutaların məzənnələrinə gəlincə, avronun məzənnəsi 1,8398 manatdan 18409 manata qalxıb. Rusiya rublunun məzənnəsi isə 0,0252 manatdan 0,0251 manatadək ucuzlaşıb.
Türkiyənin milli valyutası olan lirənin məzənnəsi isə 0,5596 manatdan 0,5490 manata düşüb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1632 manatdan 2,1695 manatadək bahalaşıb.
Ülviyyə R. Əli
www.oxu.az
"Türkiyə" teqi üzrə xəbərlər
- Məşhur türkiyəli aktrisanın əri də aktyorluğa başladı: Eyni filmə çəkildilər
- Türkiyədə yaşayan aktrisa Nesrin Cavadzadə serialdakı partnyoru ilə sevgili oldu
- Türkiyədə satılan dərmanlar qumar və cinsi asılılıq yaradır
- Türkiyədə hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu
- Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Ən çox oxunanlar