Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 18-ə olan məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 17-i ilə müqayisədə dəyişməyərək 1,7026 manat olub.
Avro isə manata nisbətən artıb. Avrozonanın vahid valyutası 1,8080 manatdan 1,8124 manatadək bahalaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0303 manatdan 0,0305 manatadək artıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4680 manatdan 0,4593 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1344 manatdan 2,1391 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,7118 manat olub.
U.A.
www.oxu.az