Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dekabank” ASC-də öhdəliyi qalmış kreditorlara müraciət edib.
Oxu.Az fonda istinadən xəbər verir ki, bankın bütün kreditorlar qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi prosesinin davam etməsinə baxmayaraq, bəzi kreditorlar hələ də vəsaitlərini götürməyiblər.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, vəsaitlərini götürməmiş kreditorlar vəsaitləri üçün bankın Bakı ş., Xəqani küçəsi 14/16 ünvanına müraciət edə bilərlər.
L.Ə.