Bakı şəhərində iri ticarət/əyləncə müəssisələri, marketlər, biznes mərkəzlərindən tutmuş ölkəmizin ən ucqar regionlarınadək 500-dən artıq sayda quraşdırılmış “ExpressPay” terminalları rahatlığı və sürətli ödənişləri ilə ölkə sakinlərimizin böyük etimadını qazanıb.
Cəmi 3 il fəaliyyət göstərməsinə baxmayaraq, “ExpressPay” terminalları ilə artıq 10 milyonadək ödəniş həyata keçirilib ki, bu əməliyyatların hər biri – bir müştəri etimadının əksidir.
“ExpressPay” ödəniş terminalları ilə ən müxtəlif ödənişlər - mobil telefon, kommunal/rabitə ödənişləri (“AzTelekom” – BTRİB), kabel TV, internet provayderlər, onlayn oyunlar, sosial şəbəkələr, həmçinin “Expressbank”a aid ödənişlər (kredit ödənişi, əmanət və cari hesabın artımı, bank kartlarına onlayn rejimdə mədaxil), digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri üzrə ödənişlər etmək mümkündür.
Bu terminallar vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur. Məhz bu geniş xidmətlər çeşidi bu gün “ExpressPay”ı seçilib, sevilən ödəmə vasitəsi edir.
“ExpressPay” terminallarının digər böyük üstünlüyü - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə həm də dövlət ödənişlərini ödəməyə imkan verməsidir.
Belə ki, müştərilər Azərbaycan İpoteka Fondu, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, ARDNŞ-in “Azəriqaz” İB, “Azəristilik” ASC, Stasionar Telefon Xidmətləri üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişlərini “ExpressPay” terminalları vasitəsilə həyata keçirə bilirlər.
Müştərilərlə şəffaf və operativ münasibətlər üçün “ExpressPay” ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti fəaliyyət göstərir. Müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 500 01 32 nömrəsinə zəng vura və ya “WhatsApp” vasitəsilə mesaj yaza bilərlər.
“Expressbank”ın digər xidmətləri və “ExpressPay” barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A
www.oxu.az