Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqlərini təsdiqlədi: Uzunmüddətli defolt emitenti reytinqi (DER) BBB- səviyyəsində, qısamüddətli DER F3 və BBB- prioritetli təminedilməmiş reytinq.
Oxu.Az Day.az-a istinadən bildirir ki, bu haqda məlumat agentlikdən verilib.
Uzunmüddətli DER üzrə proqnoz “stabildir”.
100% dövlət əmlakında olan, Milli Neft Şirkəti SOCAR reytinqi müstəqil Azərbaycan reytinqi (BBB- proqnoz “stabildir”) ilə eyni səviyyədədir.
“SOCAR reytinqi suveren Azərbaycan reytinqi ilə bir səviyyədədir, belə ki, şirkət strateji cəhətdən vacib olan neft-qaz sahəsində dövlətin maraqlarını təmsil edir.
SOCAR əsas maliyyə və investisiya qərarları qəbul edərkən hakimiyyətlə və Azərbaycan Dövlət Neft Fondu ilə sıx əlaqə saxlayır” – agentliyin məlumatında deyilir.
Agentliyin baza reytinq ssenarisinə müvafiq olaraq, SOCAR-ın neft hasilatının 2014-2016-cı illərdə tədricən azalacağı gözlənilir. Bu, şirkətin Azərbaycanda neft hasilatı işləri apardığı mövcud köhnə neft yataqlarında təbii sərvətin azalması ilə əlaqədardır.
“Eyni zamanda biz, “Şahdəniz” yatağında ikinci mərhələdə təbii qazın hasilatının yüksəlməsini proqnozlaşdırırıq” – məlumatda deyilib. (Trend)