Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsində nəqliyyat və rabitə sektoru üçün nəzərdə tutulan xərclər ümumi büdcə xərclərinin 0,61%-ni (128,3 miyon manat) təşkil edəcək.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən açıqlanmış dövlət büdcəsi layihəsində 2015-ci il üçün nəzərdə tutulan nəqliyyat və rabitə xərclərinin 2014-cü ilin göstəricisindən 5,7% çox olacağı qeyd olunub.
Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb.
Gələn ilin büdcə kəsiri 1 milyard 662 milyon manat proqnozlaşdırılıb.
Gülnarə Zeynalova
www.oxu.az