Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur. Bunun da 72%-i Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı öhdəliklərin icrasına yönəldilmiş xərclərdir.
L.Ə.