Dünyada ən böyük investisiya banklarından olan Goldman Sachs hesab edir ki, 2017-ci ilin sonuna qədər dollar avro qarşısında 30% dəyər qazanacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Goldman Sachs-ın son yayımladığı hesabatda bildirilib.
Goldman Sachs-a görə, ABŞ-da pul siyasətinin normallaşması ilə əlaqədar, avro dollar qarşında dəyər itirəcək:
Belə ki, ABŞ dollarının pul siyasətində normallaşması ilə 15%, Avropada pul siyasətinin daha da genişləndiriləcəyi proqnozlarına əsasən, 2017 sonuna qədər dollar avro qarşısında 20% dəyər qazanacaq.
Ülviyyə R. Əli
www.oxu.az