2016-cı ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 139 milyon 635,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 33 milyon 851,45 min manat və ya 32% çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) fevral ayı üzrə açıqladığı statsitik məlumatda bildirilib.
Fevralda gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 24 milyon 513,96 min manat yaxud 1,6 dəfə artaraq 39 milyon 436,36 min manat olub.
ƏDV üzrə daxilolmaların həcmi 14 milyon 192,08 min manat yaxud 17,2% artaraq 96 milyon 686,58 min manat olub.
Bundan başqa, aksizlər 5 milyon 810,68 min manat yaxud 81,71% azalaraq 1 milyon 300,76 min manat, yol vergisi üzrə daxilolmalar isə 956,08 min manat və ya 76,13% artaraq 2 milyon 212 min manat təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az