Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) İpoteka Fondu ilə birlikdə vətəndaşın imzalayacağı müqavilə formasını hazırlayıb.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə MİDA-nın aparat rəhbəri Anar Quliyev deyib: "Güzəştli mənzillərin ipoteka krediti ilə əldə edilməsi üçün “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən hazırlanmış müqavilə forması Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən razılaşdırılıb və Fonda təqdim olunub".
L.Ə.