İtaliya bankı “UniCredit” 10 ayda 2 dəfə hakerlərin hücumuna məruz qaldıqlarını açıqlayıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bankın 400 nəfər müştərisinin hesablarına daxil olunub.
O da məlum olub ki, hakerlər hesabları müştərilərin şifrələrini sındırmaqla əldə etməyiblər. Onlar hücumu “UniCredit”in adını çəkmədiyi tərəfdaşı vasitəsilə reallaşdırıblar.
L.Ə.