Hər il MTV televiziyası tərəfindən təşkil olunan “MTV Video Music Awards - 2017”-nin builki namizədlərinin adları açıqlanıb.
Siyahıya liderliyi səkkiz nominasiya üzrə Kendrik Lamar edir. Keti Perri isə 5 nominasiya üzrə namizəd olmaqla, ondan sonra ikincidir.
Oxu.Az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Namizədlər arasında Selena Qomes, Rihanna, Mayli Sayrus kimi ulduzlar da var. Qaliblərin adları avqustun 27-də məlum olacaq.
Aytən Sadıqzadə
www.oxu.az