2014-cü ilin mart ayında daşınmaz əmlakın icbari sığortası üzrə 24,562, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 339, sərnişinlərin fərdi qəza sığortası üzrə 2 sığorta müqaviləsi bağlanıb.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan (İSB) verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,536,121 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 25,320 manat, sərnişinlərin fərdi qəza sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 222 manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 3,3 dəfə artım, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 1,5 dəfə artım müşahidə edilib.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta müqavilələrinin 90,8%-i yaşayış evləri və mənzillər, 0,2%-i inzibati binalar, 9%-i digər daşınmaz əmlakla bağlı olub.
Gülnarə Zeynalova
www.oxu.az