Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Oxu.Az-ın məlumatına görə, fərmanla “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilib.
| S/S | Kod | Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları |
| 1. | 2601200000 | Yandırılmış pirit |
| 2. | 2606000000 | Alüminium filizləri və konsentratları |
| 3. | 2818200000 | Alüminium oksidi, süni korunddan fərqli |
| 4. | 7203100000 | Dəmir filizinin birbaşa reduksiya məhsulları |
| 5. | 7203900000 | Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri |
| 6. | 7204491000 | Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış) |
| 7. | 7204499000 | Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri |
| 8. | 8545110080 | Sobalarda istifadə olunan elektrodlar – digərləri |
| 9. | 8545190001 | Elektroliz qurğuları üçün elektrodlar |
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.
S.B.
www.oxu.az