2025-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 120.5 milyon manatlıq xidmət göstərilib. Hesabat dövründə formalaşan xidmət gəlirlərinin 71.6%-i əhali sektorunun payına düşüb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə xidmətlərinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8.5% artıb. Bu sahədə əldə olunan gəlirin 83.3%-i qeyri-dövlət sektorunda formalaşıb.
Qeyd edək ki, eyni dövrdə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 106.4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu göstərici 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1.3% çoxdur.