Dekabr ayının 16-da sevilən “61!” intellektual oyununun birinci mövsümünün böyük finalı yayımlandı.
Xatırladaq ki, bu, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən telelayihədir.
Həyəcanlı finalın qalibini verilişin sponsoru olan Mazda Azərbaycan şirkətindən möhtəşəm hədiyyə gözləyirdi. Beləliklə, finala qalan 3 iştirakçı öz intellektləri sayəsində möhtəşəm Mazda 3 avtomobilinin sahibi olmaq uğrunda mübarizə apardı.
Cavid Bədəlbəyli həlledici suala da doğru cavab verərək yeni Mazda 3 avtomobilini qazanan iştirakçı oldu.
Verilişin intellektual qalibi intellektual avtomobilin sahibi oldu.
Belə ki, aparıcı yapon brendi Mazda-nın bu modeli qəzalı vəziyyətlərdə əyləc vasitəsilə intellektual yardım sistemi, innovativ SKYACTIV texnologiyası və səsli tapşırıqlar qəbul edən MZD Connect multimedia sistemi kimi xüsusiyyətlərlə zəngindir.