Cari ilin yanvar-iyun aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 28,1 milyon ton yük, 149,4 milyon nəfər və ya 7,7 faiz çox sərnişin daşınıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 49,7 faizi avtomobil, 33,9 faizi dəmir yolu, 16,4 faizi dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 5,7 faiz artım qeydə alınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 22,5 faizini və ya 6,3 milyon tonunu tranzit yüklər təşkil edib.
Yük daşımaları fəaliyyətindən 242,5 milyon manat, sərnişin daşınmasından isə 52,3 milyon manat gəlir əldə olunub və müvafiq olaraq 7,1 faiz və 12,6 faiz artıb.
Gülnarə Zeynalova
www.oxu.az