İsti suyun qiymətinin dövlət tərəfindən nizamlayıcısı olmaması onun qiymətinin artırılmasına gətirib çıxaracaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Nazirlər kabinetinin “Qiymətləri Dövlət tərəfindən nizamlanan malların (işlər, xidmətlər) siyahısı”na dəyişikliklərin edilməsi barədə qərarı şərh edərkən iqtisadçı-ekspert Samir Əliyev bildirib.
İsti suyun qiyməti bu siyahıdan çıxarılıb. Bu qərar 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.
Ekspertin sözlərinə görə, dövlət tərəfindən nizamlanan qiymətlər bir qayda olaraq vahid göstəricidən ibarətdir: “Fərq yalnız regionlarda ola bilər, məsələn, Bakıda və regionlarda bu və ya digər xidmət və mallara müxtəlif qiymətlər ola bilər”.
Mənzillərə verilən isti suyun qiymətinə gəldikdə isə, o indiyə qədər nizamlanırdı. Amma bundan sonra belə olmayacaq, ekspertin fikrincə, bu, onun qiymətinin artmasına gətirib çıxaracaq.
“Qiymətlər istənilən halda artacaq, çünki onlar artıq nizmalnnmayacaq. Qiymətlərin uzuclaşmasından söhbət gedə bilməz”, - o, bəyan edib.
Ekspertin fikrincə, bu addım gözlənilən idi. Amma bu ölkənin bütün sakinlərinə təsir etməyəcək, belə ki, bu xidmət əhalinin yalnız bir qismini, əsasən şəhərin mərkəz hissəsində yaşayanları əhatə edir.
Eyni zamanda S.Əliyev qeyd edib ki, müxtəlif ölkələrdə bu məsələ müxtəlif yollarla həll edilir, hardasa qiymət dövlət tərəfindən, hardasa qeyri-dövlət qurumları tərəfindən nizamlanır.
Azəristiliktəchizat ASC-nin abunə və müştəri xidmətinin rəisi Rafiq Əliyev bildirib ki, qəbul edilən qərar yenidən qiyməti formalaşdırmağa imkan verəcək: “Biz yeni qiyməti müəyyən edəcəyik, ora soyuq su, onun qızdırılması üçün xərclər və təşkilatın minimal gəliri daxil olacaq”.
Onun sözlərinə görə, hazırda bu məsələ üzrə iş aparılır, hesablamalar edilir, bu işlərdən sonra qiymət hökumət ilə razılaşdırılacaq və ictimaiyyətə bildiriləcək.
“Bütün bunlar istilik təchizatı üzrə işin sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərər deyil, zamanla xeyir gətirən bir quruma çevrilsin”, - R.Əliyev deyib.
E.Ə.
www.oxu.az