Ölkədə vaxtı keçmiş kreditlərin həcmi iyul ayının 1-nə 1 milyard 745 milyon 7 min manat olub.
Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə iyun ayında problemli kreditlərin həcmi 119 milyon manat və ya 7,32% artıb.
Son bir ayda isə artım 34 milyon 9 min manat - 2,04% olub.
Beləliklə, iyun ayının sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,4% təşkil edib. Bu nisbət mayın sonuna 14,3% idi.
L.Ə.
www.oxu.az