"Debitor borclarla bağlı məsələyə konseptual və kompleks baxılmalıdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev parlamentin növbədənkənar plenar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin qəbulundan sonra çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2025-ci ildə iri infrastruktur layihələr çərçivəsində qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış yeni müqavilələr üzrə avans ödənişləri həyata keçirilib:
"Eyni zamanda, ötən il ərzində 1 milyard 797 milyon manat məbləğində keçmiş illərin debitor borcları bağlanılıb. Qeyd edim ki, 2025-ci il ərzində təşkilatların avans qalıqlarına dair məlumatlar tərəfimizdən təhlil edilib və həmin məlumatlar əsasında zəruri tədbirlərin görülməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən 120 təşkilata müvafiq tapşırıqlar verilib".