“MasterCard Europe” beynəlxalq ödəmə sitemi Azərbaycanda nümayəndəliyini açıb.
Oxu.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, nümayəndəliyə Yasəmin Bədir rəhbərlik edəcək.
“MasterCard Europe” şirkəti Azərbaycan Vegilər Nazirliyində 26 may 2016-cı ildə qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev ev 4/189, Falez Plaza, 6-cı mərtəbədir.
Qeyd edək ki, Y.Bədir 2007-ci ildən “MasterCard”da işləyir.
U.A.
www.oxu.az