2013-cü ilin 8 ayının yekunlarına əsasən, Azərbaycanın MDB ölkələri ilə qarşılıqlı mal dövriyyəsi 2 milyard 596 milyon dollar təşkil edib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu dövr ərzində MDB ölkələrinə 872,157 milyon dollarlıq mal ixrac olunub, 1,724 milyard dollarlıq mal idxal olunub.
MDB ölkələri ilə ticarət dövriyyəsində 851,843 milyon dollar mənfi saldo yaranıb.
Qeyd edək ki, 2012-ci ilin yekunlarına görə Azərbaycanın MDB ölkələri ilə mal dövriyyəsi 3,63 milyard dollar təşkil edib.
Ötən il MDB ölkələrinə ixrac 1,251 mlrd. dollar, idxal 2,378 mlrd. dollar təşkil edib.
Mal dövriyyəsində 981,133 mln. dollar mənfi saldo yaranıb.