“Bu gün Azərbaycan gəncləri hər bir sahədə olduğu kimi sahibkarlıqda da öndədirlər”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Gənc Sahibkarların II Forumunda deyib.
O bildirib ki, Azərbaycan gəncləri yüksək ali təhsil almağa maraqlı və eyni zamanda sahibkarlıq yolunda da təşəbbüskardırlar:
“Ölkəmizdə sahibkarlığın təşviqində dövlət və özəl sektorun əməkdaşlığı fonunda görülən işlər böyük töhfəsini verə bilər. Bu gün ölkədə prioritet hesab edilən məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin qurulmasıdır”.
Onun sözlərinə görə, bu gün işğaldan azad edilmiş ərazilərdə aqro parklar və sənaye məhəllələri yaradılır və bu təşəbbüslər gənc sahibkarlara böyük imkanlar yarada bilər:
“Görülən işlər gənc sahibkarlığın inkişafında əsaslı rol oynayacaq. Eyni zamana qeyd etmək lazımdır ki, bu gün gənc sahibkarlığın inkişafı istiqamətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi əhəmiyyətli işlər görür”.
Nigar Məmmədova