Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin 30.06.2017 tarixinə 4 964,1 mln. dollar təşkil edib.
Oxu.Az banka istinadən xəbər verir ki, may ayının sonuna bu rəqəm 4 825.4 mln. dollar olub. Bu da iyun ayında valyuta ehtiyatlarının may ayına nisbətdə 138,7 mln. dollar artması deməkdir.
Qeyd edək ki, ilin əvvəlində valyuta ehtiyatlarının həcmi 3 974.4 mln. dollar olub.
L.Ə.