Bu ilin yanvar-avqust aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 262,4 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehsalın həcmi metallurgiya sənayesində 9,2 faiz azalıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 12,5 faiz artıb.