Bu, Rusiya Mərkəzi Bankının qərarıdır.
Oxu.Az Rusiya KİV-nə (Rbc.ru) istinadən bildirir ki, pul köçürmələrinin dayandırılmasına səbəb “Avropa trast bankı” QSC-nin “Migom” ödəmə-kredit sisteminin lisenziyasının geri götürülməsi olub.
Lisenziyanın geri götürülməsi barədə məlumatı bu gün Rusiyanın MB elan edib.
“Likvidliyini itirən KB “Avrotrast” kreditor və sərmayəçilər qarşısında vəzifələrini lazımi qaydada yerinə yetirmirdi. Bununla yanaşı kredit təşkilatı öz vəzifələrini yerinə yetirməməsi və kapital itkisi faktlarını gizlədərək MB-yə yanlış məlumat verirdi” – MB mətbuat xidməti bildirib.
Məlumatda həmçinin “Evrotrast” KB idarəçiləri və sahibkarları fəaliyyəti bərpa etmək üçün lazımi tədbirləri görməyiblər, nəticədə isə kredit təşkilatı 2013-cü ilin 9 ayı ərzində ümumi həcmi 7 milyard rublu ötən nağd və qeyri-nağd formalı şübhəli əməliyyatların keçirilməsinə yol verib.
Xəbər verildiyi kimi “Migom” sistemində köçürmələrin dayandırılması milyonlarla rublun asılı vəziyyətdə qalmasına gətirib çıxara bilərdi.