Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Mister Tum” MMC-nin qeyri-qanuni stimullaşdırıcı lotereya keçirdiyini aşkar edib.
Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, keçirilən nəzarət tədbirləri nəticəsində “Mister Tum” MMC-nin stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması müəyyən olunub.
QKDK “Mister Tum” MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.