Bakıda avtonəqliyyat sürücüləri müvəqqəti dayanacaqlarda olan boş yerlər haqqında qısa mesajlar (SMS) vasitəsilə məlumatlandırılacaqlar, dayanacaq üçün ödəməni isə telefon vasitəsilə etmək olar.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, bu barədə Bakı İcra Hakimiyyətinin xüsusi təyinatlı avtonəqliyyat idarəsinin rəisi Həsən Abdullayev deyib.
Onun sözlərinə görə, iyunun sonu iyulun əvvəli sürücülərə dayanacağın vaxtının bitməsi haqqında SMS göndəriləcək.
“Bundan başqa, smartfonlar üçün əlavə proqramlar istifadə ediləcək, onların köməyi ilə sürücülər müvəqqəti dayanacaqlarda boş yerlər haqqında məlumat alacaqlar. Eləcə də sürücülər telefon vasitəsilə dayanacaq üçün ödəmə edə biləcəklər”, - o deyib.
Abdullayev qeyd edib ki, bundan başqa xüsusi xəritələr buraxılacaq, onların köməyi ilə avtomobil dayanacağa daxil olan kimi parkomat avtomatik olaraq lazımi məbləği kartdan köçürəcək. İdarə rəhbərliyində bu kartların balansının artırılmasının və onların köməyi ilə istənilən dayanacaqlarda ödəmənin yerinə yetirilməsinin mümkün olacağını bildiriblər.
“Dayanacaqların ərazisində yeni xəbərdarlıq nişanları yerləşdiriləcək. Parkomatların quraşdırıldığı bəzi yerlərdə bu nişanlar artıq dəyişdirilir. Məsələn, Konstitusiya Məhkəməsinin qarşısında quraşdırılmış işarə sürücülərin ödənişli parketmə sahəsinə daxil olduqları haqqında xəbərdarlıq edir”, - o qeyd edib.
Onun sözlərinə görə, avtomobil yollarında onlayn rejimdə elektron lövhələr quraşdırılacaq.
“Bu tablolarda dayanacaqlarda boş yerlər haqqında məlumat veriləcək. Lövhələrdə küçələrin adları və boş yerlərin sayı göstəriləcək. Bu iş mərhələlərlə həyata keçiriləcək. Biz bu işləri payıza qədər tamamlamağa çalışacağıq. Biz sistemin ilin sonuna qədər işə düşməsi üçün bütün qüvvəmizlə çalışacağıq”, - Abdullayev deyib.
İdarənin rəhbəri qeyd edib ki, müvəqqəti dayanacaqların yeri dəqiq müəyyən edilməyib.
“Yerlər (müvəqqəti dayanacaqların) Bakı İcra Hakimiyyəti və Azərbaycan paytaxtının Dövlət Yol Polis İdarəsi tərəfindən müəyyən edilir. Bu parkomatların quraşdırılması ilə paralel olaraq yerlər də müəyyənləşəcək. İlin sonuna qədər Bakıda min ədəd parkomat quraşdırılacaq”, - o qeyd edib. (Trend)