Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Muxtar Babayev: "Azərbaycanda yağıntıların azalması məhsul yığımına təsir göstərib"
"Azərbaycanda son illərdə yağıntıların azalması məhsuldarlığa və məhsul yığımına təsir göstərib".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm hissəsidir və ölkənin işçi qüvvəsinin üçdəbirindən çoxu bu sahədə çalışır:
"Amma Azərbaycanda son illərdə yağıntılar orta hesabla demək olar ki, 10% azalıb. Bu, məhsuldarlığa və məhsul yığımına təsir göstərib. Bunda başqa, unikal ekosistemi olan Xəzər dənizi quruyur. Xəzərdə su səviyyəsinin azalması dəniz və sahil ekosistemlərinə, həmçinin biomüxtəlifliyə və sahil infrastrukturuna ciddi təsir göstərib".
O əlavə edib ki, bu istiqamətdə tədbirlər görülməsə, bu dağıdıcı nəticələr bütün dünyada normaya çevriləcək:
"İqlim dəyişikliyi nəticəsində genişmiqyaslı quraqlıqların 100 dəfə daha tez-tez baş verməsinə səbəb olacağı təxmin edilir. Qlobal temperaturun 2 dərəcə yüksəlməsinin daha 200 milyon insanın aclığına səbəb olacağı proqnozlaşdırılır. Bununla bütün ölkələrdə su və kənd təsərrüfatı sistemlərinə təzyiq artacaq".
"COP29" teqi üzrə xəbərlər
- Nazir müavini: "COP29-dan sonra Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq"
- Deputat: "Azərbaycan dünyada bir-biri ilə rəqabət aparan ölkələr arasında balans seçməyi bacarır"
- Yalçın Rəfiyev: "Qlobal Cənub iqtisadi və siyasi cəhətdən inkişaf edir"
- MAMA "Ana təbiət" sərgisinin Romada təqdimatı olub
- Yaşıllıqları "boş torpaq sahəsi" görənlər və susanlar