Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Məşhur türkiyəli aktrisa və keçmiş nazir avtomobil qəzasına düşüblər
Məşhur türkiyəli aktrisa Müjde Ar və keçmiş mədəniyyət naziri Mehmet Ercan Karakaş avtomobil qəzasına düşüblər.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, 70 yaşlı Müjde Ar və həyat yoldaşı Mehmet Ercan Karakaşın içərisində olduqları dəbdəbəli avtomobil sərnişin avtobusu ilə toqquşub.
Xəstəxanadan verilən açıqlamaya görə, aldığı zərbə nəticəsində Müjde Arın sağ dizində problem aşkarlanıb.
"Bel və baş ağrısı şikayətləri ilə xəstəxanamıza gələn Müjde Ar ətraflı müayinə olunub, aldığı zərbədən sağ dizində iltihablanma və şişkinlik əmələ gəlib. Xəstəmizin səhhəti yaxşıdır, müalicəsi davam edir", - deyə açıqlamada bildirilib.
"qəza" teqi üzrə xəbərlər
- Kolumbiyada avtomobil qəzası: Çox sayda əsgər ölüb, yaralananlar var
- Rusiyada BMW yüksək sürətlə təcili tibbi yardım maşınına ÇIRPILDI - Ölənlər var
- Azərbaycanlı gənc Polşada faciəli şəkildə öldü - Dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Biləsuvarda beş nəfərin xəsarət aldığı ağır qəzanın TƏFƏRRÜATI MƏLUM OLDU
- Cənubi Koreyanın eks-prezidentinin qızına ittiham: Sərxoş vəziyyətdə avtomobil idarə edib