Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi Xəzərin dibinin yanakı və üzbəüz ölkələr arasında tam sektorlara bölündüyünü göstərir.
Oxu.Az-ın məlumarına əsasən, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskvada baş tutan 7-ci görüşünün nəticəsini şərh edərkən bildirib.
"Biz bu prinsipləri İran və Türkmənistanla da ikitərəfli çərçivədə danışıqlar apararaq öz sazişimizi imzalayacayıq", - deyə nazir müavini bildirib.
X.Xələfov qeyd edib ki,delimitasiya prosesi başa çatmayana qədər neft yataqları barədə danışıqlar aparıla bilməz.
Nigar Orucova