“Türkiyə dünya neft qiymətlərinin 60-70 dollar/barelədək artacağını gözləyir”.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə Türkiyənin Energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.
Onun sözlərinə görə, neftin aşağı qiymətləri Türkiyə iqtisadiyyatına çox müsbət təsir edir:
“Belə ki, ölkə öz neft istehlakının 95%-ni idxal hesabına təmin edir”.
Nazir qeyd edib ki, gələcəkdə qaz daha əhəmiyyətli və strateji resurs olacaq.
U.A.
www.oxu.az