İyun ayında Dövlət Neft Fondu (SOFAZ) Azərbaycan Mərkəzi Banka (AMB) və kommenrsiya banklarına 450 milyon dollar satıb.
Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, ay ərzində, ümumilikdə, 9 valyuta hərracı təşkil edilib. Bu hərracların hər birində 50 milyon dollar olmaqla, 450 milyon dollar satılıb.
Mərkəzi Bankın iyunda təşkilş etdiyi valyuta hərraclarının hər birində orta hesabla 26 bank iştirak edib.
