2016-cı ilin yanvar-mart aylarında Dövlət Neft Fonunun (SOFAZ) 5 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın maliyyələşdirilməsinə yönəldilib.
Bu barədə SOFAZ-dan Oxu.Az-a bildirilib.
Fonddan bildirilib ki, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 milyon manat ayrılıb.
Bundan başqa, Fondun hesabatına görə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 milyon manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə SOFAZ-dan 2,4 milyon manat vəsait ayrılıb.
““Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 milyon manat vəsait ayrılıb”, - deyə Neft Fondu qeyd edib.
Bundan başqa, Fondun hesabatına görə, 2016-cı il ərzində SOFAZ-ın idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az