Dünya bazarlarında neftin qiyməti bahalaşır.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,63% artaraq bir barelə görə 52,52 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,73% bahalaşaraq 49,64 dollara satılıb.
Qeyd edək ki, bununla belə martın 9-da, yəni dünən isə WTI neftinin bir bareli 2016-cı ilin dekabrın ortalarından etibarən ilk dəfə 50 dollardan aşağı düşmüş, 49,58 dollara satılmışdı.
Brent markalı neftin may fyuçersləri, eyni zamanda 52,03 dollar səviyyəsində qərarlaşmışdı.
U.A.
www.oxu.az