Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100159S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 150 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Oxu.Az BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən 14 sifariş təqdim olunub.
Sifarişlərin nominal üzrə ümumi məbləği 337,394,700.00 AZN təşkil edib. Sifarişlər 99.2278 AZN (10.01%) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 02.08.2017 (t+0) tarixində həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 150.000.000.00 AZN manat məbləğində müəyyən olunub.
Notların ödəmə tarixi 30.08.2017-ci ildir.
L.Ə.