Dünya qızıl bazarı bu cümə günü, martın 20-də əsaslı şəkildə dəyişəcək. Bu həftə 1919-cu ildən bəri (təxminən bir əsr) dəyişməz olaraq qalan mövcud qızıla olan qiymətin qeydiyyat sistemi dəyişməlidir.
Birinci dünya müharibəsindən sonra dünyada qızıla olan qiymətin qoyulma qaydaları yaradılıb. Bu, London Gold Fix adlanan qiymət qoyma sistemidir, bu sistem gündə iki dəfə orta qiyməti müəyyənləşdirir, proses isə London Gold Market Fixing Ltd şirkəti tərəfindən idarə edilirdi.
Qızılın London qızıl fiksinq nəticələri üzrə müəyyənləşdirilən qiyməti, bu fiziki metalın nəqlinə qoyulan dünya qiymətidir və fiziki qızılın çatdırılması üzrə əksər müqavilələrdə orientir kimi istifadə edilir.
Londonda qızıl üzrə fiksinq hər biri London qiymətli metal bazarı Assosiasiyasının (London Bullion Market Association) üzvü olan dörd bank tərəfindən (Scotia Mocatta, HSBC, Societe Generale, Barclays Capital) gündə iki dəfə yerli vaxtla 10:30 (səhər fiksinqi) və 15:00 (axma fiksinqi) aparılır.
Fiksinq prosesində “qızıl beşlik” nümayəndələri dillerlər ilə, onların vasitəsilə isə bütün dünyada fiziki qızılı təklif edən və ya satan (fyuçers və ya opsiya qızıl müqavilələrindən fərqli olaraq real) ticarət şirkətləri ilə daimi əlaqə saxlayır. Prosedur sədrlik tərəfindən hal-hazırkı an üçün optimal hesab edilən qiymətin elan edilməsi ilə başlayır. Əgər elan edilən qiymət üzrə satıcı tapılmırsa, qiymət artır. Əgər alıcı tapılmırsa, qiymət ucuzlaşır. Əgər qarşılıqlı təkliflər daxil olursa o zaman satıcı və alıcı arasında mütənasiblik hesablanır. Bu proses tələbat və təklif arasında tarazlıq yaranana qədər davam edir.
Londonda qızıl fiksinqinin nəticələri bütün dünyada istifadə edilir. Məsələn, Rusiya Federasiyasının Mərkəzi Bankı (Rusiya Bankı) hər iş günü qızıla olan uçot qiyməti hesabatını həyata keçirir, bu hesabat cari dövrdə London fiksinqi üzrə aparılır və qızılın qiyməti bu gün üçün qüvvədə olan ABŞ dollarının rəsmi kursu üzrə rubla çevrilir.
Dünya iqtisadiyyatının yüksəlişi və burada Qərb ölkələrinin payının azalması ilə əlaqədar bu sistem tənqid edilirdi, çünki bu sistem qiymətin manipulyasiya edilməsinə imkan verir.
Və bu cümə, mart ayının 20-də London qızıl fiksinqinin əvəzinə tamamilə yeni sistem gəlir. Bu sistem maksimal şəffaf hərracdan ibarətdir, burada mümkün qədər çox iştirakçı olacaq.
Birja analitikləri qızılın qiymətlərinin gündəlik fiksasiyasının yeni sistemi dünya bazarında real qiymətləri əks etdirəcəyini hesab edirlər. Bununla yanaşı, qeyd edilir ki, yeni şərtlərdə qiymət müəyyənləşdirilməsində Çinin rolu artacaq və o, daha şəffaf olacaq.
Çinin külli miqdarda qızıl alması sirr deyil. Amma miqdarı dəqiq heç kim bilmir, belə ki, ÇXR hakimiyyəti bunu gizlədir. Analitiklər əmindirlər ki, yeni sistem şəraitində bu sirr hamıya bəlli olacaq.
Qızılın satışı üzrə yeni sistem işə başlayana qədər bu sistemin London Metal bazarı iştirakçıları Assosiasiyasından olan yaradıcıları yeni fiksinq sisteminə cəlb ediləcək maliyyə təşkilatlarının adını açıqlamağa hazırlaşmırlar. Amma Çin bankları fiksinq prosesinə birbaşa giriş əldə etsələr, bu sistemi keyfiyyətcə daha yeni səviyyəyə yüksəldəcək. Gün boyu fəaliyyət göstərən beynəlxalq qızıl bazarı yaradılacaq.
Qızılın qiyməti ilə nə baş verəcəyi məlum deyil. Bir sıra ekspertlər hesab edirlər ki, yeni sistem qızılın mövcud qiymətində gözəçarpacaq dəyişikliklərə gətirib çıxarmamalıdır.