Azərbaycanda daha bir aşağı büdcəli aviaşirkət yaradılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, 2017-ci ilin sonuna qədər aşağı büdcəli aviaşirkətin yaradılması üçün təyyarə parkının qurulması istiqamətində işlərin görülməsi və bu sahəyə xarici investorların cəlb olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdən keçiriləcək.
A.M.