2014-cü ilin yanvar –sentyabr ayları ilə müqayisədə 2015-ci ilin 9 ayında Azərbaycanda neftin hasilatı sutkada 30 min barel azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə neft bazarı üzrə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) noyabrın 12-də dərc edilmiş hesabatında deyilib.
Təşkilat proqnozlaşdırır ki, 2015-ci ildə ölkədə neftin hasilatı sutkada 0,86 milyon barel təşkil edəcək ki, bu da ötən illə müqayisədə sutkada 10 min barel azdır.
OPEK-in hesabatına görə, 2016-cı ildə neftin hasilatı sutkada 0,82 milyon barel olacağı gözlənilir.
“Sentyabrda isə ölkədə neftin hasilatı sutkada 32 min barel artaraq, 0,83 milyon barelə çatıb”, - deyə təşkilatın yenilənmiş hesabatında deyilib.
Ülviyyə R. Əli
www.oxu.az