Brent markalı neftin qiyməti OPEK-in qərarı barədə məlumatlar fonunda 5,33% bahalaşıb.
Bu barədə Oxu.Az ICE London qitələrarası birjasında keçirlən hərracların nəticələrinə istinadən xəbər verir.
Hazırda Şimal dənizi neft qatışığının noyabr fyuçerslərinin bir bareli 48,5 dollara satılır.
Xatırladaq ki, bu gün, sentyabrın 28-də, Əlcəzairdə keçirilən OPEK ölkələrinin qeyri-rəsmi iclasında orta sutkalıq neft hasilatının 33,24 milyon bareldən 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub.
S.B.
www.oxu.az