Kimdir ermәnilәrin sözünә qulaq asan?
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri SOCAR prezidenti Rövnəq Abdullayev “ermənilərin şirkətin Fransada keçirilən Avropa Çempionatına sponsor olmasına etirazı ilə bağlı” sualına cavab verərkən deyib.
R.Abdullayev qeyd edib ki, SOCAR böyük bir çempionatın sponsorudur:
“Biz bunu asanlıqla qazanmadıq. SOCAR böyük bir çempionatın sponsorudur. Bu tәkcә sosial layihә deyil. Hәm dә kommersiya xarakterlidi, çünki bu layihә sayәsindә bizim Gürcüstanda 35%, Rumıniyada 30%, İsveçrәdә 15% gәlirimiz artıb.
Kimin ağlına gәlәrdi ki, bu cür ölkәlәrdә SOCAR belә uğura imza atar. Bu, bizә әlavә gәlir gәtirir”.