2016-cı ildə Rusiya şirkətləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşları 22,8 dəfə – 363,2 mln.dollaradək artıb.
Oxu.Az xəbər verir ki, bu barədə İnterfaks-Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.
Ümumiyyətlə, İsveçrə, Rusiya və Türkiyə ötən il Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşu həyata keçirmiş əsas xarici investorların üçlüyünə daxil olub.
İsveçrə şirkətləri tərəfindən respublikanın qeyri-neft sektoruna 370,5 mln. dollar (2016-cı il ərzində artım 23,6 dəfə), Rusiya şirkətləri tərəfindən 363,2 mln. dollar (artım 22,8 dəfə), Türkiyə şirkətləri tərəfindən 307,5 mln. dollar (artım 39,5%) məbləğində investisiya qoyulub.
Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymuş ən iri investorların beşliyinə Böyük Britaniya (174,4 mln. dollar) və Niderland (127,9 mln. dollar) da daxildir.
Bütövlükdə 2016-cı ildə respublikanın qeyri-neft sektoruna xarici investisiya qoyuluşları 98,3% - 1 mlrd. 706,2 mln. dollaradək artıb.
L.Ə.