Türkiyənin Energetika və Təbii Resurslar Nazirliyi və Rusiyanın “Qazprom” şirkəti Türkiyəyə tədarük olunan Rusiya qazına 10.25% güzəştin edilməsi ilə bağlı razılığa gəliblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bildirib.
“Biz Rusiya qazına 10.25% həcmində güzəşt əldə etdik”, - Yıldız Ankarada mətbuat konfransında deyib.
Qeyd edək ki, 2014-cü ildə “Qazprom” Türkiyəyə 27,4 milyard kub metr qaz ixrac edib.