Bu gündən etibarən üzv banklarda milli valyutada əmanətlər üzrə illik faiz dərəcəsi 15%-dən yuxarı olarsa, bu əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Bu barədə Fonddan Oxu.Az-a bildirilib.
Xarici valyutada yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsi 3%-dir. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
1 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 16 sentyabr 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 2016-cı ilin sentyabr ayının 16-dan etibarən milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12%-dən 15%-ə qaldırlıb.
14:13
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığortalanan manatda əmanətlər üzrə maksimum faiz dərəcəsini 12-dən 15 faizədək artırıb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev deyib.
ADIF-in icraçı direktoru Azad Cavadov bildirib ki, müvafiq qərar bu gündən qüvvəyə minəcək:
“Manatda sığotalanan əmanətlər üzrə maksimum faiz dərəcəsinin artırılması barədə qərarı bu gün səhər saatlarında qəbul etmişik. Bu yalnız milli valyutadakı əmanətlərə aiddir”.
U.A.
www.oxu.az