SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 830 m olan 27 saylı quyuda qazma işlərinə başlayıb.
27 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyət tələblərinə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq.
Şirkətdən bildirilib ki, SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Ülviyyə R. Əli
www.oxu.az