SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin iyul ayında 128 ton atomobil benzini, 150 min 593 ton dizel yanacağı, 24 min 190 ton təyyarə yanacağı və 105 min 794 ton vakuum qazoylu ixrac edib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, ümumilikdə, 2014-cü ilin yanvar-iyul ayları ərzində 686 ton avtomobil benzini, 528 min 229 ton dizel yanacağı, 99 min 782 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 215 min 429 ton vakuum qazoylu ixrac edilib. 2014-cü ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1003,97 dollar, təyyarə yanacağının - 946,68 dollar, dizel yanacağının - 883,51 dollar, 1% kükürdlü mazutun qiyməti 604,72 dollar təşkil edib.
Bundan əlavə, SOCAR-ın məlumatında ötən ay ərzində xam neftin ixracının həcmləri açıqlanıb:
“2014-cü ilin iyul ayında Novorossiysk limanından 84 min 803 ton, Supsa limanından 334 min 805 ton, Çeyhan limanından 1 milyon 653 min 449 ton xam neft ixrac edilib.
Ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 593 min 25 ton, Supsa limanından 1 milyon 787 min 379 ton, Ceyhan limanından isə 11 milyon 967 min 342 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-a məxsus xam neft həcmlərini əks etdirir”, - məlumatda deyilir.
Qeyd edilir ki, iyul ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 106,64 dollara, Urals nefti - 106,23 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 108,68 dollara satılıb.
Gülnarə Zeynalova
www.oxu.az