Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BP ilə birlikdə Xəzər dənizinin dayaz sulu hissələrində neft axtarışlarına başlayır.
Artıq bununla bağlı SOCAR ilə BP arasında müqavilə imzalanıb.
Oxu.Az xəbər verir ki, APA-Economics-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
O həmçinin qeyd edib ki, SOCAR bütün səylərini quruda neft yataqlarının tapılması istiqamətinə yönəldib:
“Vaxtilə Abşeron yarımadasında mezozoy çöküntülərində neft axtarışları olub, lakin o vaxt olan texnologiya zəif idi. İndi isə texnika və texnologiya quruda neft yataqlarının axtarışlarına imkan verir”.
Həmçinin X.Yusifzadə quruda neft imkanları olduğunu deyib və şirkətləri quruda neft yataqlarının axtarışında yaxından iştirak etməyə dəvət edib.