“Güzəştli mənzil” elektron sistemi bu ilin may ayının 1-dən etibarən istifadəyə veriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) məlumat yayıb.
“Bu sistem vasitəsilə vətəndaşlar qeydiyyatdan keçmək və növbəlilik prinsipinə əsasən, mənzilləri əldə etmək imkanına malik olacaqlar”, - deyə dövlət agentliyindən bildirilib.
MİDA qeyd edir ki, hazırda sistemin əsasnaməsinin hazırlanması işi davam etdirilir:
“Əsasnamə təsdiq olunduqdan sonra vətəndaşların müraciətlərinin qəbulu may ayınadək “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək”.
U.A.
www.oxu.az