"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 100 dollardan yuxarı qalxaraq, tarixi maksimumunu yeniləyib.
Oxu.Az-ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 14:49-a olan məlumata görə, qızılın qiyməti 1 trua unsiyası üçün 4 100.6 dollar təşkil edib (0.75% artıb). Bakı vaxtı ilə saat 14:54-ə olan məlumata görə, qızılın qiyməti artımını sürətləndirib və bir trua unsiyası üçün 4 102.7 dollara (0.81% artaraq) çatıb.
Spot qızılın qiyməti 13 oktyabr tarixində ticarət zamanı rekordunu yeniləyib.
Oxu.Az-ın "İnterfaks"a istinadən xəbərinə görə, Bakı vaxtı ilə saat 10:34-ə onun bir unsiyasının qiyməti 4 068,74 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışından 1,3% çoxdur. Daha əvvəl ticarət sessiyasında spot qızılın qiyməti bir unsiya üçün 4 078,24 dollara qədər bahalaşaraq rekord həddə çatmışdı.
"Comex"də qızıl fyuçersləri isə 2,2% bahalaşaraq bir unsiya üçün 4087,4 dollar təşkil edib.